“Mənim üçün bu, yeni çağırışdır”.
Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko ölkəsi Ukrayna mətbuatına fikirlərini bildirib.
Azərbaycan klubuna təyinatını dəyərləndirən mütəxəssis ümidverici danışıb.
Bugünlərdə “ağ-qırmızlar”la 5 ay+1 illik müqavilə imzalanış 49 yaşlı çalışdırıcı çempionatımızda güclü komandaların olduğunu söyləyib:
“Azərbaycanda futbol sürətlə inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçısıdır.
Həmçinin “Sabah”, “Sumqayıt”, “Zirə”, “Neftçi” kimi güclü komandalar var. Burada işləmək üçün yaxşı perspektiv gördüm.
Azərbaycanda çalışmaq mənə çox maraqlıdır. Qazaxıstanda oldum, “Jenis”də hər şeyi gördüm, özümü göstərdim.
İndi növbə Azərbaycandadır. Məşqçi üçün əsas işləməkdir ki, fasilə yaranmasın”.

