Ölkəmizdə olan əcnəbiyə Yunanıstan, BƏƏ və İsrail klublarından təkliflər var

18:10 Araz-Naxçıvan 520
Ölkəmizdə olan əcnəbiyə Yunanıstan, BƏƏ və İsrail klublarından təkliflər var

“Araz-Naxçıvan”ın legioneri Felipe Santos komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yarımmüdafiəçiyə Yunanıstan, BƏƏ, İsrail klublarından təkliflər var.

Santosun komandanı bu qış, yoxsa mövsümün sonunda tərk edəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

29 yaşlı futbolçunun “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, “Ankaran”, “Maribor”(hər ikisi Sloveniya), “Keşlə”(indiki “Şamaxı”), “Qəbələ” və “Hapoel”(Hayfa, İsrail) klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol