"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonun korpusunda dəyişiklik gözlənilir.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumta görə, Əfran İsmayılovun ukrynalının «dəstə»sindən ayrılması gündəmdədir.
Üç ildir burada çalışan İsmayılov daha məşqçi kimi çalışmağa həvəs göstərmir. Onun klubda rəhbər vəzifələrdən birinə keçirilməsi müzakirə mövzusudur.
Millinin və «Qarabağ»ın sabiq yarımmüdafiəçisi Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla münasibətləri çox yaxşıdır. Odur ki, İsmayılovun müşavir kimi fəaliyyət göstərməsi istisna edilmir.
Bugünlərdə "ağ-qırmızılar"la 5 ay+1 illik müqavilə bağlamış ukraynalı arzuladığı korpuusu formalaşdırmaq niyyətində olsa da, "yox" cavabı alıb. Əsas istəyi klub rəhbərliyi tərəfindən qəbul olunmayıb.
Özüylə bura 4 köməkçi gətirməyi planlaşdırmış Desçenkoya bildirilib ki, bunun üçün ona büdcə ayırlmayacaq.
Yəni ki, öncədən maaş fondu nə qədər müəyyənləşdirilibsə, ondan kənara çıxmaq mümkün olmayacaq.
Demçenko bu şəraitdə işləməyə çətinlik çəkəcəyini söyləyib, amma kimdlr ona qulaq asan? Deyiblər, vəziyyət budur, özün bilərsən.
Müharibənin getdiyi ölkəsinə dönməkdən çəkinən çalışdırıcı sonda Rikkardo De Vivonu Azərbaycana gətirməklə kifayətlənmək məcburiyyətində qalıb.
O, fiziki hazırlıq üzrə köməkçi kimi işə başlayıb. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu "Dinamo"(Tbilisi) olub.
İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarda işləyib.
Demçenkonun digər köməkçiləri Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılovdur.
SPORTİNFO.AZ

