«Araz-Naxçıvan»ın qapıçısı Kristian Avraam klub rəhbərliyi ilə görüşüb.
Azərbaycanda üçüncü mövsümünü keçirən moldovalı sabiq baş məşqçi Elmar Baxşıyev və onun köməkçilərindən gileylənib.
Kiper həm özünün, həm də ümumən komandanın pis mövsüm keçirməsinin səbəbkarı kimi onları göstərib.
Qeyd edib ki, hazırlıq prosesinin zəif təşkil olunması səbəbindən nəticələr ürəkaçan deyil. O, futbolçular arasında münasibətlərin korlandığını, heç kimin qələbə haqda düşünmədiyini bildirib.
Avram vurğulayıb ki, indiyədək Ramiz Kərimov (qapıçı məşqçisi) qədər zəif biriylə çalışmayıb.
SPORTİNFO.AZ

