“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Ukrayna mediasına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, o, təyinatını karyerasında yeni mərhələ adlandırıb.
Ukraynalı mütəxəssis Azərbaycan futbolunun sürətlə inkişaf etdiyini qeyd edib:
“Azərbaycanda futbol sürətlə inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısıdır, həmçinin “Sabah’”, “Sumqayıt, “Zirə”, “Neftçi” kimi güclü komandalar var.
Burada işləmək üçün yaxşı perspektiv gördüm. Mənim üçün çox maraqlıdır”.

