“Rəhbərlik mənimlə yeni müqavilə imzalamaq istəmədi” - Ölkəmizə gələn baş məşqçi

8 Yanvar 23:20 Araz-Naxçıvan 973
“Rəhbərlik mənimlə yeni müqavilə imzalamaq istəmədi” - Ölkəmizə gələn baş məşqçi

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Ukrayna mediasına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, sport.ua saytına danışan 49 yaşlı mütəxəssis əvvəlcə sabiq klubu “Jenis”i (Qazaxıstan) tərk etməsinin səbəblərindən danışıb.

“Bizim aramızda şifahi razılaşma var idi ki, komandanı aşağı liqaya düşmə zonasından çıxaraq. Müqavilə mövsümün sonuna qədər imzalanmışdı.

Mövsüm başa çatdıqdan sonra klub istəsəydi anlaşmanı uzada, istəməsəydi xidmətlərimdən imtina edə bilərdi – bu, onların hüququ idi. Rəhbərlik isə başqa variantı seçdi.

“Jenis” 14 oyundan ibarət məğlubiyyətsiz seriya əldə edərək altıncı pilləyə yüksəldi. Düzdür, daha yaxşı çıxış etmək də olardı, lakin bəzi matçlarda açıq şəkildə bəxtimiz gətirmədi”, – deyə mütəxəssis bildirib.

Digər Xəbərlər
Xəbər Lenti