İlk “altılığ”ın sonuncusu - çalxalanan “Araz-Naxçıvan”…
Komanda yayda tarixində ilk dəfə Avropaya çıxdı, debütünü də Yunanıstan “Aris”i üzərindıə möhtəşəm qələbəylə qeyd etdi.
Növbəti mərhələdə Kipr “Omoniya”sı qarşısında 9 cavaslz qolla rəzil oldu.
Tipik “Araz-Naxçıvan” - bir gün elə, bir gün belə.
Kluba bu mövsüm indiyədək olmadığı qədər büdcə ayrıldı. Səviyyəli legionerlər transferlər edildi.
“Araz”ın qeyri-rəsmi sahibi Zaur Axundova bələdik: pul xərcləyibsə, nəticəni də dərhal tələb edəcək.
İlk 4 turda liderlərdən olan “Araz-Naxçıvan” beşinci həftədə “Qarabağ”dan 0:5 hesablı ağır zərbə aldı.
“Qarabağ” ikinci dövrədə də “Araz”a 5 qol vurdu. Ümumiyyətlə, ilk “altılıq”da ən çox qol buraxan “Araz-Naxçıvan”da müdafiə xətti var” demək çətindir.
16 turda 25 qol - belə komanda, sizcə, ilk “üçlüy”ə düşə bilər?
Kubokda “Kəpəz” kimi komandaya uduzub mübarizəni dayandırmaq, çempionatda əsas rəqiblərindən “Sumqayıt”a, ən pisi isə autsayder “Qəbələ”yə məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırdı.
Və futbolun amansız üzü özünü göstərdi. Dünənə qədər qəhrəman olan, klubu Avropaya çıxaran baş məşqçi Elmar Baxıyevə qapını göstərdilər.
Baxşıyev yaxşı məşqçi olduğunu “Qəbələ”də də, “Araz-Naxçıvan”da da göstərib. Amma davamlı uğur qazanmaq çox nadir məşqçilərə nəsib olur.
Futbolun öz qanunları var: müqaviləsi olan şəxsə qapını göstərirsənsə, təzminatını da verməlisn.
Elmar Baxşıyev kompensasiyasız yola salınmasıyla bağlı narazılığını artlq mediada dilə gətirib. “Araz-Naxçıvan” onun təzminatını qarşılamasa, bu, onlara baha başa gələ bilər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

