"Araz-Naxçıvan" üçünü tapdı

6 Yanvar 08:30 Araz-Naxçıvan 285
"Araz-Naxçıvan" üçünü tapdı

“Araz-Naxçıvan” məşqlərini bu gündən bərpa edib.

Sportinfo.az xəbər verir ki, komanda qış fasiləsini Bakıda keçirəcək.

Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur.

“Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq.

Yanvarın 18-də keçiriləcək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti