“Çox yaxşı komandamız var, avrokuboklara vəsiqə qazana biləcəyik”

6 Yanvar 02:20 Araz-Naxçıvan 297
“Çox yaxşı komandamız var, avrokuboklara vəsiqə qazana biləcəyik”

"Araz-Naxçıvan"ın legioneri Felipe Santos sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı vinger komandasının mövsümün birinci hissəsindəki çıxışını dəyərləndirib.

O, pis çıxış etmədiklərini bildirib:

"Çox yaxşı komandamız var. Amma çətin günlərdən də keçdik. Mövsümün ikinci hissəsinin daha yaxşı alınacağına inanıram.

Tətilə də qələbə ilə getdik. Bu da hər zaman yaxşıdır".

28 yaşlı “sambaçı” bu mövsüm avrokuboklara vəsiqə qazanmaq ehtimalını dəyərləndirib:

" Bizim çox yaxşı komandamız var. İnanıram ki, avrokuboklara vəsiqə qazana biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti