İtaliyalı məşqçi Azərbaycan klubunda - RƏSMİ TƏYİNAT

5 Yanvar 12:40 Araz-Naxçıvan 1 895
İtaliyalı məşqçi Azərbaycan klubunda - RƏSMİ TƏYİNAT

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

Sportinfo/az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı çalışdırıcının fikizi hazırlıq üzrə köməkçisi italiyalı Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub.

İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 Çək və bizə göndər!