“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun korpusunda 5 nəfər yer alacaq.
Onlardan dördü yerli mütəxəssisdir.
Belə ki, qapıçılar üzrə köməkçi vəzifəsini Cəmaləddin Əliyev tutacaq. Əfran İsmayılov və Vadar Nuriyev də burada öz işini görəcək.
Üç ildir klubda çalışan Rail Məlikovun da ukraynalı ilə çiyin-çiyinə işləməsi gözlənilir. Demçenko özüylə yalnız bir yardımçı gətirəcək.
Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəqiblərdən ikisi məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək.
Bundan 5 gün sonra - yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.
Onunla “5 ay+1 il” illik müqavilə imzalanıb. Ukraynalı bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilmiş Elmar Baxşıyevi əvəzləyib.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925” və “Bukovina”nı çalışdırıb.
O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib.
50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub. Onun köməkçiləri barədə əlavə əlavə məlumat veriləcəyi bildirilib.
Dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.

