Burada söhbət bağlandı – Transfer olmayacaq!

18:35 Araz-Naxçıvan 276
Burada söhbət bağlandı – Transfer olmayacaq!

Qış fasiləsinin ən aktiv klubu hələ ki, “Araz-Naxçıvan”dır.

Fasilə yaranar-yaranmaz baş məşqçi Elmar Baxşıyevlə yollarını ayırdığını rəsmən bəyan edən Naxçıvan təmsilçisi Qara Qarayevlə müqaviləni də qarşılıqlı razılıq əsasında pozub.

Əyyub Allaş da hazırda özünə yeni iş yeri axtaranlar sırasındadır. Mərakeşli yarımmüdafiəçinin ayrılıq xəbəri yaxın günılərdə açıqlanacaq.

Bütün bunlara baxmayaraq, “qırmızı-ağlar” heyəti yeni futbolçu və ya futbolçularla gücləndirməyi düşünmür.

Çünki kluba ayrılan illik vəsait yayda artıqlaması ilə xərclənib. Ehtiyatda heç nə qalmayıb. Bəli, bu gün komandanın mərkəz müdafiəçisinə ehtiyacı var. Lakin ona veriləcək imkan yoxdur.

Hazırda yalnız baş məşqçi məsələsi öz aktuallığımnı qoruyur. Onunla danışıqlar zamanı qarşısına mövcud heyət qoyulacaq, yeni futbolçunun alınmayacağı bildiriləcək.

Yəni bu günə olan vəziyyət belədir. Klub rəhbərliyi 5-10 gündən sonra əlavə “kisə”nin ağzını açmaq qərarına gəlsə, bu, başqa məsələ.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU