“Araz-Naxçıvan”da növbəti ayrılıq yaşanıb.
Qara Qarayevlə rəsmən vidalaşan “qırmızı-ağlar” bu dəfə legionerlə sağollaşıb.
Əyyub Allaşla aparılan danışıqlar müsbət nəticələnib.
Bu ilin əvvəlində klubla 1,5 illik müqavilə bağlayan mərakeşli yarımmüdafiəçi mart ayında zədələnərək uzun müddətə sıradan çıxmışdı.
9 aydır yaşıl meydanlardan kənar qalan Allaşın “Araz-Naxçıvan”ıa müqaviləsinin müddəti gələn ilin may ayında başa çatsa da, müəyyən təzminat qarşılığında ortaq məxrəcə gəlmək mümkün olub.
Bu barədə xəbəri Sportinfo.az-a səbəbkarın özü verib. Əyyub hazırda azad agent statusuna sahib olduğunu bildirib.
27 yaşlı futbolçu “Qəbələ” və “Araz-Naxçıvan”ın formasında meydana çıxdığı 64 oyunda 10 qol və 11 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

