“Qurban Qurbanovdan sonra gündəmdə olan 2-3 məşqçi varsa, biri də..."

20:00 Araz-Naxçıvan 311
“Qurban Qurbanovdan sonra gündəmdə olan 2-3 məşqçi varsa, biri də..."

“Araz-Naxçıvan”da Elmar Baxşıyev dönəmi başa çatdı.

2024-cü ilin aprelində komandanın başına keçən, ötən “futbol ili”nin yekunlarına əsasən Premyer Liqada 3-cü yeri tutan, ilk dəfə avrokuboklarda mübarizə aparan “Araz”ın Konfrans Liqasında mərhələ adlamasında səbəbkar olan 45 yaşlı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Buna səbəb klub rəhbərliyinin hazırkı nəticələri qeyri-qənaətbəxş hesab etməsidir.

Halbuki, Muxtar Respublika təmsilçisi 16 turdan sonra 26 xalla 6-cı pillədə yer almaqla 3-cü sıradakı “Zirə”dən cəmi 2 xal geridə qalır.

Rəhbərliyin məlum qərarı sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub. Onlar verilən qərardan təəccübləndirklərini açıq şəkildə bildirərək, klubdakı əsas sahib(lər)ini qınayıblar:

“Niyə axı?”

“Elə danışırlar, elə bil, “Araz” 1-ci yerdə olmalıdır. Adamın komandası 6-cı sıradadır. Bundan artıq nə etməlidir? Elmar Baxşıyev əla məşqçidir”.

“Bunlara əla məşqçi lazım deyil. Əsas ciblərini düşünsünlər. 6-cı sırada olmasına baxmayaraq 2-ci yerlə çox az xal fərqi var. “Araz”ın ömrünə az qalıb. “Araz”ın gördüyü elə Elmara qədər olacaq”.

“Qurban Qurbanovdan sonra gündəmdə olan 2-3 məşqçi varsa, biri də Elmar bəydir”.

“Tez-tez məşqçi dəyişmək uğur gətirən iş deyil. Komandanın ümumi zəif çıxışı baş məşqçinin bacarıqsızlığı ilə bağlı deyil. Daha çox rəhbərliyin simicliyi ilə əlaqədardır”.

“Çox səhv etdiniz, çox”.

“Hörmətsiz qərardır. Niyə öz məşqçilərimizə inam yoxdur?”

“Nə stadionunuz var, nə də məşq etməyə yeriniz. Elmar müəllimi 2 məğlubiyyətə görə yola saldız. “Qarabağ” “Sumqayıt”a uduzanda Qurban Qurbanov getməliydi?”

“Normal heyət qurmayın, günahı da baş məşqçinin üstünə atın. Əla siyasətdir”.

“Bununla da “Araz” çökdü. “Araz”ın rəhbəri özü də bilmir nə edir. Təklif edirəm ki, “Araz” FK adını dəyişib “Araz Holding” etsin”.

“Peşəkar klub qeyri-peşəkarlar tərəfindən idarə olunur. Bu qərar onun bariz nümunəsidir. Heyif Elmar müəllimin və komandasının apardığı mübarizədən. Minimum heyətlə maksimum nəticə göstərdiyi üçün müqaviləsinə xitam verilib yəqin”.

“Haqsızlıq oldu. Heyətinizə görə çempionatdakı yeriniz yaxşıdır. Üstəlik, mübarizə aparıb qələbə qazanırdılar”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti