“Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda əsas komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.
Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.
Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
E.Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.
Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Premyer Liqada üçüncü pilləni tutub və Konfrans Liqasında iştirak edib.
"Araz-Naxçıvan" Premyer Liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. Komandanı 3-cü pillədəki "Zirə"dən 2 xal ayırır.

