Bəlli olduğu kimi, «Araz-Naxçıvan» 3 gün öncə Elmar Baxşıyevlə yollarını ayırıb.
2024-cü ilin aprelində təyinat almış baş məşqçi ilə müqaviləyə birtərəfli qaydada xitam verilib.
Amma aradan keçən günlər ərzində onun gedişi barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib.
Saytımız bunun səbəbini öyrənib. Redaksiyamıza məlum olub ki, «ağ-qaralar»la mütəxəssis arasında fikir ayrılığı yaranıb. Bu da sırf pul üstündə.
Baxşıyev təzminat tələb edir, özü də tam şəkildə. Onun kontraktı normalda 2026-cı ilin yayında bitəcəkdi, son qərara görə, kompensasiya almalıdır.
Bu da kifayət qədər məbləğ edir. «Araz» bu ilin iyunundan etibarən sükançısına 20 min manata axın əməkhaqqı təyin elədiyini bildirək.
İndi tərəfləri ödəniləcək təzminatın məbləğini razılaşdıra bilmirlər.
Muxtar Respublika təmsilçisi yalnız 2 ayın maaşını verməklə kifayətlənmək istəyrsə, «Sportinfo»nun ilin məşqçisi adına layiq gördüyü Baxşıyev pulunu tam istəyir.
Həm də tək özünün yox. O, köməkçiləri Rasim Ramaldanovla Ramiz Kərimova çatacaq vəsaiti tələb edir.
«Ağ-qırmızılar» mövsümün ilk yarısında qeydə alınan uğursuz nəticələrə görə bu dəyişikliyə gedib.
Ölkə kubokunda «Kəpəz»ə uduzaraq mübarizəni 1/8 final mərhələsində dayandıran «Araz» Premyer Liqanın 16 turu ərzində 26 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ

