Bu klubu ölkə çempionu edən baş məşqçi ilə razılıq əldə olundu - SON DƏQİQƏ

17:20 Araz-Naxçıvan 990
Bu klubu ölkə çempionu edən baş məşqçi ilə razılıq əldə olundu - SON DƏQİQƏ

Elmar Baxşıyevlə vidalaşan “Araz-Naxçıvan” Andrey Demçenko ilə anlaşıb.

Saytımız bununla bağlı son dəqiqə məlumatı əldə edib.

Muxtar Respublika təmsilçisi ukraynalı mütəxəssislə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb. O, yanvarın ilk günlərində rəsmən işə başlayacaq.

49 yaşlı çalışdırıcı 2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirib və bir neçə gün öncə oradan ayrılıb.

1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış Demçenko ötən illər ərzində müxtəlif klublarda işləyib.

«İmeks», «Metallurq» (Zaporojye), «Obod» (Özbəkistan), «Veres, «Lvov», «Metallist 1925» və «Bukovina»nın, həmçinin Gürcüstanda «Dila» və «Dinamo Batumi»də əmək sərf edib. Demçenko Batumi klubunu ölkə çempionu etməyi bacarıb.

«Jenis» rəhbərliyi isə ukraynalının müddəti bitmiş müqaviləsini yeniləməmək qərarına gəlib.

Demçenko 2025-ci ilin iyun ayında "Jenis"ə rəhbərlik etməyə başlayıb. Bu müddətdə komanda 17 oyun keçirib, səkkiz qələbə, altı heç-heçə və üç məğlubiyyət alıb.

«Jenis» bu mövsümü Qazaxıstan çempionatında 36 xalla altıncı yerdə başa vurub. Kubokda yarımfinala qədər irəliləyən kollektiv ümumi hesabda "Tobola"a 0:4 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

2024-cü ili aprel ayında «ağ-qırmızılar»ın sükanı arxasına keçmiş Elmar Baxşıyev isə cari mövsümün geridə qalan hissəsində qeydə alınan uğursuz nəticələr üzündən iş yerini itirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti