«Araz-Naxçıvan»ın Elmar Baxşıyevlə vidalaşmasından xəbərdarsız.
Biz bu barədə az öncə oxucularımıza eksklüziv xəbəri çatdırmışıq.
2024-cü ili aprel ayında «ağ-qırmızılar»ın sükanı arxasına keçmiş mütəxəssis cari mövsümün geridə qalan hissəsində qeydə alınan uğursuz nəticələr üzündən iş yerini itirib.
Onu kimin əvəzləyəcəyi də artıq böyük ölçüdə bəllidir. Həmin şəxs Andrey Demçenkodur.
Klubun seleksiya işlərinə cavabdehlik daşıyan Ceyhun Sultanovun yaxın çevrəsindən redaksyamıza verilən məlumata görə, ukraynalı baş məşqçi hazırda Bakıdadır.
2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirmiş və bir neçə gün öncə oradan ayrılmış 49 yaşlı çalışdırıcı Sultanovun vasitəsilə ölkəmizə təşrif buyurub. O, bu gün klub rəhbərliyi ilə görüşəcək və müqavilə şərtlərini müzakirə edəcək.
1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış Demçenko ötən illər ərzində müxtəlif klublarda işləyib.
«İmeks», «Metallurq» (Zaporojye), «Obod» (Özbəkistan), «Veres, «Lvov», «Metallist 1925» və «Bukovina»nın, həmçinin Gürcüstanda «Dila» və «Dinamo Batumi»də əmək sərf edib.
SPORTİNFO.AZ


