Azərbaycan klubu baş məşqçi ilə yolları ayırdı - SON DƏQİQƏ

23 Dekabr 2025 15:00 Araz-Naxçıvan 8 947
Azərbaycan klubu baş məşqçi ilə yolları ayırdı - SON DƏQİQƏ

Azərbaycan Premyer Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.

“Araz Naxçıvan” rəhbərliyi Elmar Baxşıyevlə yolları ayırıb.

Bir qədər öncə klubdaxili iclas keçirilib.

Mövsümün birinci yarısında göstərilən nəticələr ürəkaçan olmadığı üçün mütəxəssislə müqaviləyə xitam verilib.

2024-cü ilin aprelində bura gəlmiş Baxşıyevin Naxçıvan anlaşması gələn ilin yayına qədər idi. O, bu ilin iyununda müqavilə müddətini 1 illk uzatmışdı.

Ölkə kubokunda “Kəpəz”ə məğlub olaraq 1/8 final mərhələsində mübarizəni dayandıran “Araz Naxçıvan” Premyer Liqada 16 turdan sonra 26 xalla 6-cı pillədə yer alır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti