Bu gün də qələbə qazana bilməsələr, QOVULACAQ! - SON DƏQİQƏ

15:15 Araz-Naxçıvan 561
Bu gün də qələbə qazana bilməsələr, QOVULACAQ! - SON DƏQİQƏ

«Araz-Naxçıvan» bu gün Premyer Liqada ilin son oyununa çıxacaq.

«Ağ-qırmızılar» Mərdəkanda «Şamaxı»nı qəbul edəcək.

Son vaxtlar böyük uğursuzluq yaşayan Muxtar Respublika təmsilçisi yenə qələbə qazana bilməsə, Elmar Baxşıyevi qovacaq.

Bu haqda klubdan redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Saytımıza verilən informasiyaya görə, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov daha baş məşqçinin göz yaşlarına inanmaq istəmir.

Tanınmış iş adamı 2024-cü ilin aprelində görəvə gətirdiyi çalışdırıcıya axırıncı şansı verib. Baxşıyev bu fürsətdən də istifadə etməyi bacarmasa, istefa ərizəsi yazması tələb olunacaq.

O, təzminat almaqdan ötrü bu çağırışı qəbul etməsə, müqaviləsi birtərəfli qaydada pozulacaq.

Aldığımız xəbərə görə, Elmar Baxşıyevin Zaur Axundovun gözündən düşməsindən klubda hamı məlumatlıdır. Çünki NFF-nın birinci şəxsi baş məşqçinin onun etimadını doğrultmamasını bütün personalın qulağı eşidə-eşidə dilə gətirib.

İcraçı direktor Eldəniz Yusifovdan ta Baxşıyevin köməkçisi Əfran İsmayılova kimi!

Hörmətli Axudov yaratdığı şəratin, xərclədiyi pulun qarşılığında komandanın iddiasız duruma gəlməsini haqlı olaraq qəbul etmir və bunun baiskarı olaraq çalışdırıcını görür.

«Qarabağ»a 1:5 hesablı məğlubiyyət Zaur bəyi necə qəzəbləndiribsə, üzünü icraçı direktora tutaraq, «get, ona de ki, ərizəsini yazsın» tapşırığı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti