Klubda araşdırma başladı - Ondan şikayətçilər elə faktların üstünü açıd ki…

20:40 Araz-Naxçıvan 171
Klubda araşdırma başladı - Ondan şikayətçilər elə faktların üstünü açıd ki…

«Araz-Naxçıvan» həftələrdir gərginlik içindədir.

Uğursuz oyunlar klub rəhbərliyinin Elmar Baxşıyevə olan inamını kökündən sarsıdıb.

Daha onu istəmirlər. Baş məşqçi isə öz xoşuyla istefa vermək istəmir və müqavimət göstərir.

Bunun kökündə isə onun kompensasiya almaq istəyi dayanır. 2024-cü ilin aprelindən burada çalışan Baxşıyevin təzminata görə vəzifəsindən getmək fikrində olmadığı bugünlərdə rəsmilər araşdırmaya başlayıb.

Prosesə bir neçə legioner və yerli oyunçular cəlb olunub. Funksionerlər onlarla tək-tək görüş keçirərək, komandanın çöküşə keçməsinin səbəbləri ilə maraqlanıb.

Maraqlıdır k, rəyi soruşanların hamısı kollektivdaxili ab-havanın pozulmasından, baş məşqçinin işinə səhlənkar yanaşmasından şikayətləniblər.

Bildiriblər ki, Baxşıyev monoton məşq prosesi ilə hamını bezdirib, faydalı iş əmsalını minimuma endirib.

Onun oyunları analiz etmədiklərini deyiblər. Məlum olub ki, çalışdırıcı nə komandanın özünü, nə də rəqibləri təhlil edir, onlara da heç nə demir.

Digər tərəfdən, Baxşıyev ona söylənilən fikirləri ciddiyə almır, Felipe Santosun sözüylə heyət qurur: braziliyalı vingerin kimdən xoşu gəlmirsə, onlar kənarda qalır.

Narazı oyunçular iddia edib ki, Santosun özü bütün matçlara eyni cür münasibət bəsləmir, bir çox hallarda məşqləri yola verir, di gəl, baş məşqçi «sambaçı»ya güldən ağır söz demir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti