Azərbaycan komandası uzun müddətdir oynamayan legionerini yola gətirdi - GEDİR!

13:00 Araz-Naxçıvan 280
Azərbaycan komandası uzun müddətdir oynamayan legionerini yola gətirdi - GEDİR!

“Araz-Naxçıvan” rəhbərliyi bu ilin əvvəlində heyətinə qatdığı Əyyub Allaşla danışıqları yekunlaşdırıb.

Mərakeşli yarımmüdafiəçi klubla müqaviləsini pozmağa razılaşıb.

Kontraktı gələn ilin yayında bitəcək legionerə bunun əvəzində kiçik miqdarda təzminat ödəniləcək.

Ötən mövsümün 28-ci turunda, martın 29-da “Neftçi”ylə oyunda sıradan çıxan 27 yaşlı ərəb əməliyyat olunmuşdu.

Əməliyyatdan sonra 4-5 ay yaşıl meydanlardan yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi ki, həkimlərin rəyinə görə avqustda, ən pis halda sentyabrda “Araz-Naxçıvan”ın məşqlərinə qoşulmalıydı.

Onun bərpa prosesi gözləniləndən xeyli uzun çəkdi. Tam formaya düşməsi üçün ona daha bir neçə ay lazımdır.

sPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti