“Bu, baş məşqçidən asılı olan məsələdir, o yeri haqq etmək lazımdır”

16 Dekabr 23:00 Araz-Naxçıvan 147
“Bu, baş məşqçidən asılı olan məsələdir, o yeri haqq etmək lazımdır”

“Bu, baş məşqçidən asılı olan məsələdir”.

“Araz-Naxçıvan”ın braziliyalı hücumçusu Ramon Maçado Sportinfo.az-a açıqlamasında belə deyib.

Muxtar Respublika təmsilçisində ikinci mövsümünü keçirən “sambaçı“ həmyerlisi Felipe Santosla yaratdığı tandemdən danışıb:

“Yəqin ki, ikimiz eyni anda meydanda olsaq, vəziyyət xeyli düzələr. Ötən mövsümə baxmayın, indi heyət geniş və rəqabətlidir.

Simakala, Keyta, Boli, Bar, Nuno - hücum fazasında görün nə qədər futbolçu var. Ona görə də əsas heyətə düşmək üçün o yeri haqq etmək lazımdır.

Hər birimiz bunun üçün çalışırıq. İstənilən halda məqsədimiz komandaya fayda verməkdir“.

Digər Xəbərlər
Xəbər Lenti