İstefa ərizəsi yazmaqdan boyun qaçırdı - 75 min manat verin, gedim!

10:40 Araz-Naxçıvan 1 226
İstefa ərizəsi yazmaqdan boyun qaçırdı - 75 min manat verin, gedim!

Elmar Baxşıyev öz xoşu ilə «Araz-Naxçıvan»ın baş məşqçi postundan istefa verməklən imtina edib.

2024-cü ilin martından bəri «ağ-qırmızılar»ın sükanı arxasından ayrılan mütəxəssis müqaviləni ikitərəfli qaydada pozmaq təklifini geri çevirib.

O. yalnız təzminat ödəniləcəyi təqdirdə, iş yeriylə vidalaşacağı barədə rəhbərliyə mesaj verib.

Ötən mövsüm ölkə çempionatının bürünc medallarını qazanmış Baxşıyevin Muxtar Respublika təmsilçisi ilə sözləşməsi 2026-cı ilin iyununadək qüvvədədir.

Onun aylıq maaşı 15000 manatdan yüksəkdir. Başqa sözlə, «Araz» baş məşqçisini dəyişmək istəyirsə, adıçəkilən çalışdırıcıya 75 min manat kompensasiya ödəməlidir.

Xəbəriniz olsun ki, Premyer Liqanın 15-ci turunda «Qarabağ»a 1:5 hesablı məğlubiyyəti Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovu qəzəbləndirib.

«Ağ-qaralar»ın zəif oyun nümayiş etdirməsi və bütün komponentlərdə rəqibinə uduzması onda haqlı olaraq narazılıq yaradıb.

Matçı canlı, Suraxanıdakı stadiondan izləyən təcrübəli funksioner final fitinin ardından klub rəsmilərinə göstəriş verib.

O, baş məşqçi Elmar Baxşıyevlə görüş keçirmələrini istəyib.

Bildirib ki, çalışdırıcı öz xoşuyla vəzifəsindən ayrılsa, yaxşı olar. NFF-nın birinci şəxsi «Araz»ın mübarizəsiz təslim olmasını «qəbuledilməz hal» adlandırıb, komandanı heç vaxt belə aciz görmədiyini deyib.

Əlavə edib ki, Baxşıyevin işini davam etdirməsində heç bir məna görmür, çünki «Araz» günbəgün geri gedir.

Hörmətli Axundov qeyd eləyib ki, hazırkı baş məşqçi getməyənə qədər kollektivin özünə gələcəyinə, uğurlu nəticələr qazanacağına artıq qətiyyən inanmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!