“Qarabağ”a ağır məğlubiyyət başqana pis təsir etdi, tapşırdı - Gedin deyin, istefa versin!

10:40 Araz-Naxçıvan 701
“Qarabağ”a ağır məğlubiyyət başqana pis təsir etdi, tapşırdı - Gedin deyin, istefa versin!

«Araz-Naxçıvan»ın Premyer Liqanın 15-ci turunda «Qarabağ»a 1:5 hesablı məğlubiyyəti Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovu qəzəbləndirib.

«Ağ-qaralar»ın zəif oyun nümayiş etdirməsi və bütün komponentlərdə rəqibinə uduzması onda haqlı olaraq narazılıq yaradıb.

Matçı canlı, Suraxanıdakı stadiondan izləyən təcrübəli funksioner final fitinin ardından klub rəsmilərinə göstəriş verib.

O, baş məşqçi Elmar Baxşıyevlə görüş keçirmələrini istəyib.

Bildirib ki, çalışdırıcı öz xoşuyla vəzifəsindən ayrılsa, yaxşı olar. NFF-nın birinci şəxsi «Araz»ın mübarizəsiz təslim olmasını «qəbuledilməz hal» adlandırıb, komandanı heç vaxt belə aciz görmədiyini deyib.

Əlavə edib ki, Baxşıyevin işini davam etdirməsində heç bir məna görmür, çünki «Araz» günbəgün geri gedir.

Hörmətli Axundov qeyd eləyib ki, hazırkı baş məşqçi getməyənə qədər kollektivin özünə gələcəyinə, uğurlu nəticələr qazanacağına artıq qətiyyən inanmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti