"O, “Neftçi”də təkbaşına nəsə edə bilməz” – Dostu hər şeyi “Sportinfo”ya danışdı

12 Dekabr 22:20 Araz-Naxçıvan 287
"O, “Neftçi”də təkbaşına nəsə edə bilməz” – Dostu hər şeyi “Sportinfo”ya danışdı

Öncəki iki mövsümdə “Araz-Naxçıvan”da xarüqələr yaradan İqor Ribeyro “Neftçi”də özünə bənzəmir.

Yayda böyük ümidlərlə Naxçıvan təmsilçisindən transfer olunan mərkəz müdafiəçisi əvvəlki qədər istəkli təsir bağışlamır. Üstəlik, səhvlər bir-birini əvəz edir.

Bir futbolçunun qısa müddətdə bu dərəcədə eniş yaşaması təbii ki, mümkün deyil. Və bunun mütləq bir səbəbi var.

Hazırda “Araz-Naxçıvan”ın formasını geyinən Ramon Maçado da vaxtilə “Neftçi”nin sıralarında olub, qolları sıralayıb.

Maraqlıdır, İqor “ağ-qaralar”ı seçəndə həmyerlisi ilə məsləhətləşmişdi? Ramin bu mövzuda ona nələri tövsiyə edib?

Ribeyronun “Neftçi”də uğurlu ola bilməməsinin səbəbi nədir? Braziliyalı hücumçu Sportinfo.az-ın suallarını belə cavablandırıb:

“İqor özünə qapanan oğlandır, çox danışmaqla arası yoxdur. Daha çox Vanderson Melo ilə yaxınlıq edir.

Ona görə də söhbətimiz uzun çəkmədi, cəmi bir neçə dəqiqə oldu. Dedim, böyük kluba gedib, ağır məsuliyyətin altına girirsən.

Mən orada olanda yaxşı heyətimiz var idi – Bezerra, Meza Kolli, Stankoviç, Mboc, Emin, Buqrin, Laval. Bu heyətlə mövsümü ikinci pillədə başa vurmuşduq.

İndi “Neftçi” çətin dönəm yaşayır. Və belə vəziyyətdə İqor təkbaşına nəsə edə bilməz.

Futbol kollektiv oyunudur, birlik nümayiş etdirmək lazımdır. Xətlərarası əlaqə yaxşı olmayanda, yaxud anlaşma səviyyəsi axsayanda bir nəfər nəsə edə bilməz.

Ümid edirəm ki, “Neftçi” əvvəlki vəziyyətinə qayıdacaq, İqor da özünü xoşbəxt hiss edəcək”.

Ramon Maçado “Neftçi”nin şərəfini qoruduğu 2021/22 mövsümündə meydana çıxdığı 28 oyunda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!