Bu gün Premyer Liqada 14-cü tura yekun vurulacaq.
Hesabat həftəsinin son oyun günündə iki qarşılaşma keçiriləcək.
Son həftələrdə uğursuz qrafik cızan «Araz-Naxçıvan» Mərdəkanda «Kəpəz»i qəbul edəcək. Elmar Baxşıyev yenə texniki zonada əyləşəcək.
Bir qədər əvvələ qayıdıb deyək ki, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»da toplantı keçirib.
İclasda klub funksionerləri və məşqçilər iştirak edib. Maraqlıdır ki, Elmar Baxşıyev burada yer almayıb.
Çalışdırıcının iştirakı olmadan baş tutan yığıncaqda komandanın son həftələrdəki çıxışı müzakirəyə çıxarılıb.
NFF-nın birinci şəxsi baş məşqçinin fəaliyyətindən narazılığını bildirib. Kluba heç vaxt olmadığı qədər böyük büdcə ayırdıqlarını,
Baxşıyevin ona ciddi vədlər verdiyini, lakin hadisələrin tam əks istiqamətdə davam etdiyini söyləyib. Dəyərli iş adamı qeyd edib ki, Baxşıyev ümidləri doğrultmayıb, yolların ayrılması artıq günün tələbidir.
Axundovun diqqətini çəkən hal komandanın sükançısına münasibətidir. Belə ki, adıçəkilən mütəxəssis əksər futbolçuların gözündən düşüb, sözü çəkisini itirib, verdiyi tapşırıqlara məhəl qoyulmur.
NFF-nın başqanının fikrincə, Baxşıyev geridə qalan 3-4 ay ərzində işinə məsuliyyətlə yanaşmayıb, oyunçular arasında ayrı-seçkilik hallarına yol verib, balans yaratmayıb, bu da nəticələrin pisləşməsinə gətirib çıxarıb.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Muxtar Respublika təmsilçisi ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırıb.
Bu «cəbhə» ilə erkən vidalaşan «ağ-qırmızılar»ın Premyer Liqada işləri də yağ kimi getmir. 13 tura 20 xal toplayan kollektiv turnir cədvəlinin 6-cı pilləsinə yuvarlanıb.
Rəhbərlik Baxşıyevin istefa verməsini gözləyib. Fəqət, o, özünü o yerə qoymayıb, şəxsini heç nə olmamış kimi aparıb.
Nə istefa ərizəsi yazıb, nə də idarəçilərə bir söz deyib. Əgər komanda bu gün yenə xal itirsə, baş məşqçinin istefası istefası istənilməyəcək, birbaşa qovulacaq!
Əlbəttə, yönətimin onunla yola davam etmək fikri olsaydı, namizədləri gözdən keçirməzdilər. «Neftçi»dən ayrılan Samir Abasovdan «yox» cavabı alıblar, amma onlar yenə sakit oturmayıblar.
Uzun illər millinin məşqçilər korpusunda yer almış Arif Əsədov «Arsa»ın gündəmindədir.
Hazırda «Qarabağ»ın futbol akademiyasının baş koordinatoru işləyən Aftandil Hacıyev də «ağ-qırmızılar»ın gündəmindədir.
SPORTİNFO.AZ

