Azərbaycan Kubokunda 1/8 final oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu mərhələnin son matçında "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək növbəti raunda adlayıb.
Qolu 115-ci dəqiqədə Ryonosuke Ohori vurub.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 1/4 finalda "Turan Tovuz"la üz-üzə gələcək.
"Araz-Naxçıvan" - "Kəpəz" 0:1
Qol: Ryonosuke Ohori, 116
“Liv Bona Dea Arena”, 250 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Mustafa Əhmədzadə, 45+1 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 98 (qeyri-idman hərəkəti) // Cefferson Bentu, 31 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, 88 (qeyri-idman hərəkəti); Ryonosuke Ohori, 90+3 (qeyri-idman hərəkəti); Elcan Əbilov, 100 (qeyri-idman hərəkəti); Dioqo Verdaska, 120 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
Əlavə vaxta artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
“Araz-Naxçıvan”
12. Kristian Avram
3. Bəxtiyar Həsənalızadə (k)
8. Coşqun Diniyev
14. Ülvi İsgəndərov
(16. Ramon Maçado, 59)
26. Ömər Buludov
24. Mustafa Əhmədzadə
(2. Qara Qarayev, 79)
6. Patrik Andrade
(23. Nuno Rodriqes, 79)
17. İssuf Paro
7. Hamidu Keyta
(70. Şarl Boli, 59)
11. Ba-Muaka Simakala
(19. Bar Kohen, 91)
77. Bruno Franko
(5. Slavik Alxasov, 91)
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
76. Süleyman Həsənov
34. Urfan Abbasov
22. Elçin Mustafayev
33. Elmir Cəfərov
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”
33. Yusif İmanov
27. Məqsəd İsayev
(9. Luis Paçu, 59)
(53. Şahmar Aşurov, 91)
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
(20. Elcan Əbilov, 83)
5. Rauf Hüseynli
88. Şakir Seyidov
29. Dioqo Verdaska (k)
24. Olavale Onanuqa
14. Adama Fofana
(17. Ümid Səmədov, 83)
10. Ryonosuke Ohori
38. Cefferson Bentu
(6. Pedro Qomeş, 69)
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
99. Əli Səmədov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov

