«O, işinin başındadır və vəzifəsinin icrasına davam edir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov deyib.
«Ağ-qaralar»ın media üzrə nümayəndəsi Elmar Baxşıyevin tezliklə istefaya göndəriləcəyi barədə son günlər yayılmış xəbərlərə münasibət bildirib.
O, klubun başbilənlərinin Premyer Liqanın axır həftələrində qeydə alınan nəticələrdən narazı qaldığını söyləsə də, çalışdırıcının gedişinin gündəmdə olmadığını vurğulayıb:
«Ona inam böyükdür. Ötən mövsüm kluba bürünc medallar qazandıran mütəxəssisin növbəti dəfə uğurlu nəticə ilə sevindirəcəyinə inanırıq.
Futbolda bu cür məğlubiyyətlər qaçılmazdır. Vacib olan düzgün nəticə çıxarmaq və qarşıdakı oyunlarda itirilən xalları kompensasiya etməkdir. Komanda turnir cədvəlinin altıncı pilləsində qərarlaşsa da, ikinci yerlə 6 xal fərqi var.
Qarşıda 20 turun olmasını nəzərə alsaq, bu fərqi aradan qaldırmaq mümkündür. Əsas olan inam və xarakterdir.
Toparlanıb, lazımi nəticəni qazanacağımıza inanırıq».

