“Bu, heç kimi qane edə, razı sala bilməz, rəhbərlik iradını çatdırıb“

14:40 Araz-Naxçıvan 89
“Bu, heç kimi qane edə, razı sala bilməz, rəhbərlik iradını çatdırıb“

“Komandanın son oyunda məğlub olması, əlbəttə ki, heç kimi qane edə, razı sala bilməzdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədov deyib.

Muxtar Respublika təmsilçisinin son həftələrdəki uğursuz çıxışı davam edir.

”Ağ-qaralar” Premyer Liqanın 13-cü turunu da məğlubiyyətlə bitirdi. ”Qəbələ”nin qonağı olan kollektiv səfərdə 1:2 hesablı yenilgi ilə üzləşdi.

Beləcə, ”Araz” enişdədir. 20 xala malik Naxçıvan mənsubu turnir cədvəlinin altıncı pilləsinə kimi aşağı yuvarlanıb.

Görəsən, klubun başbilənləri vəziyyəti yaxşılığa doğru dəyişmək üçün hansı addımlar atmağı planlaşdırır?

Press-ateşeni dinləyək:

”Bununla bağlı rəhbərlik öz iradını bildirib və qarşıdakı oyunlara qədər toparlanmağı, həm kubok, həm də çempionat matçlarında uğurlu nəticələr qazanmağın vacibliyi catdirilib.

Yaxşı heyətimiz, məşqçilər korpusumuz var.

Ötən mövsüm avrokuboklara vəsiqə qazanan və əksəriyyətin mərhələ adlaya biləcəyinə inanmadığı halda, həm parlaq oyunu, həm də uğurlu nəticəsi ilə sevindirən "Araz-Naxçıvan"da analoji uğurun davamı rəhbərliyin gözləntisidir.

Buna komanda olaraq birgə nail olacağımızı düşünürük”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü