Azərbaycan çempionatında 100 oyun(dan) çıxan kim olsa yaxşıdır?

2 Dekabr 2025 02:10 Araz-Naxçıvan 617
Azərbaycan çempionatında 100 oyun(dan) çıxan kim olsa yaxşıdır?

Felipe Santos Premyer Liqada 100-cü oyununu keçirib. Braziliyalının yubileyi 13-cü tura təsadüf edib.

Sportinfo.az xəbər verir ki, futbolçu “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.

Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.

Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti