Bir yolu qaldı - İSTEFA!

11:40 Araz-Naxçıvan 272
Bir yolu qaldı - İSTEFA!

Yenidən avrokuboklara qatılmağı arzulayan «Araz-Naxçıvan» qara zolağa mübtəla olub.

Deyəsən, onların ikinci dəfə qitə arenasına yollanmaq arzusu elə arzu olaraq qalacaq.

Elmar Baxşıyev üçün gerisayım çoxdan başlayıb, əslində. Havadarları, dəstəkçiləri var, yoxsa bugünədək duruş gətirməzdi burada.

Həftələrdir Zaur Axundovdan onun xahişi edənlər, zəhmət çəksin, cavab versin indi - kimin dostudurlar? Ayının, yoxsa dayının?

Əlli gündür yazıb-pozuruq, deyirik ki, komandada aləm bir-birinə dəyib, qarışıqlıqdır, əksər futbolçular baş məşqçini istəmir, onunla işləməkdən məmnun deyillər, dəyişiklik tələb edirlər - təəssüf, başda əyləşənlər bunların heç birini vecinə almır.

Ya da ki, hadisələri Axundova başqa cür çatdırırlar, hansısa çıxarlarına görə ona yalan informasiya ötürürlər. Klub üçün çox əziyyətə qatlaşan iş adamına, əlbəttə, bu münasibət doğru sayıla bilməz.

«Araz»ı turnir cədvəlinin üst sıralarında görmək Axundovun doğal haqqıdır.

Qəbələ səfəri yerdə qalan bütün sualların cavabını gözlər önünə sərdi.

Həftələrdir qələbə üzünə həsrət qalmış autsayder önündə miskin görkəm almış «Araz»ı bizə izlətdiyi üçün Elmar Baxşıyevə yalnız töhmət düşmür.

Ona düşən yalnız budur - istefa! Özünə, peşəsinə, kluba 1 qram hörməti varsa, ərizəsini yazmalı və getməlidir, daha gözləməmilidir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"