«Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyev ondan gözlənilməyən addımı atıb.
2024-cü ilin martından burada işləyən mütəxəssis mükafat fondunun «sərhədlərinə əl gəzdirib».
Aylıq 15000 manat maaş alan çalışdırıcı klub rəhbərliyinin ayırdığı vəsaitin istiqamətini dəyişib, nəticədə düşərgədə narazılıq yaranıb.
Belə ki, Baxşıyev texniki və tibbi personalın payına düşən məbləği iki dəfə aşağı salıb.
Əgər onlar yaxınlaradək 40 faiz miqdarında mükafat alırdılarsa, indi bu rəqəm 20 faizi keçməyəcək. Baş məşqçi bununla kifayətlənməyib, bəzi digər işçilərin mükafatını tamamilə kəsib.
Ümumiyyətlə, Elmar Baxşıyev hesab edir ki, komanda qələbə qazanırsa, yaxud 1 xal əldə eləyirsə, mükafat kənara çıxmamalıdır. Yəni ki, ortalıqda nə pul varsa, məşqçilər və futbolçular arasında bölünməlidir.
SPORTİNFO.AZ

