«Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyev klub rəhbərliyinin qəbulunda olub.
O, komandanın Premyer Liqanın ilk dövrəsindəki qeyri-sabit çıxışı ilə bağlı hesabat verib.
2024-cü ilin martından Muxtar Respublika təmsilçisini çalışdıran sabiq «Qəbələ»li qeydə alınan uğursuz nəticələrin təqsirini öz üzərindən atıb.
Bəhanə kimi cibə girməyən sükançı iddia edib ki, liderlər qrupuna daxil ola bilməməyin günahkarı legionerlərdir.
Patrik Anrdade də daxil, əksər əcnəbi futbolçuların kollektivə can yandırmadıqlarını, var qüvvələriylə mübarizə aparmadıqlarını, verdiyi tapşırıqları yerinə yetirmədiklərini söyləyib.
Baxşıyev deyib ki, onlar yalnız pulu düşünür, aldıqları maaşın qarşılığını verməyi qarşılarına məqsəd qoymurlar.
«Ağ-qırmızılar» çempionatın ilk 12 turu ərzində 20 xal toplayıb. Beş heç-heçə və iki məğlubiyyət almış «Araz» turnir cədvəlinin altıncı pilləsinə yuvarlanıb.
SPORTİNFOAZ

