Zaur Axundova edilən pislik

16:00 Araz-Naxçıvan 212
Zaur Axundova edilən pislik

Artıq «Araz-Naxçıvan»da «bıçaq sümüyə dirənib».

Futbolçular faktiki olaraq oynamır. Çoxluq Elmar Baxşıyevi istəmir.

Baş məşqçi burada qalmağa davam edəcəksə, bu nağılın axırı yaxşı qurtarmayacaq. Həmin vaxt göydən yerə üç alma düşməyəcək. Düşəcəksə, daş düşəcək.

Zaur Axundov aldadılmağa davam edir. Təəssüf ki. Naxçıvan Futbol Federasiyasının prezidentinə həiqəti söyləyən tapılmır.

Klubda bu qədər adam var, biri özündə cəsarət tapıb ona demir ki, ağa, Baxşıyev arabanı qayadan aşağı yuvarlatmaq üzrədir. Bir şey qalmayıb e!

Eldəniz Yusifov və Ceyhun Sultanov yaxasını çəkib kənara. «Mənə dəyib-dolaşan olmasın, kim nə istəyir, etsin…» fikri ilə gündə işə gəlib-gedirlər.

Biri Axundova xəbərdarlıq eləmir ki, futbolçular baş məşqçinin əlindən boğaza yığılıb, komanda çöküşdədir, yayda avrokuboklara yox, istirahətə gedəcəyik. Deyəsən, onlara elə bu lazımdır.

Zaur Axundovdan qorxmaq vaxtı deyil. Rəhbərə düzünü demək gərəkdir.

Ona pislik etməyin.

Həqiqətin iki başı yoxdur ki, səhəri gün narahatlıq içində qovrulasan. Yusifov və Sultanov nədən çəkinir axı, Axundov ona gerçəyi söyləyən kadrlarını məşhər ayağıa çəkməz.

«Araz»ın suyunu qurumaqdadır. Tarixinin ən səviyyəli və ən bahalı heyəti ilə yola çıxmış klub mövsüm yarılanmamış fəlakətin astanasına yetişib.

«Turan Tovuz»la matçın son 1 saatını izləyənlər sözümə haqq verərlər: futbolçular bacarıqlarından qat-qat aşağı səviyyədə mübarizə aparırlar. Təbii, əgər buna mübarizə aparmaq demək olarsa.

Oynamırlar da, qardaş! Bunu görmək, sezmək beləmi çətindir? Komandanın aparıcı qüvvəsi legionerlərdir, onlar da meydanda can qoymurlar, 90 dəqiqəni yola verirlər.

Üç-dörd ay qabaq ayrı-seçkilk hallarına yol verməklə düşərgəyə nifaq toxumu səpmiş baş məşqçiyə ikrah hissi onlarda o qədər güclüdür ki…

Getməsə, burada sular durulmayacaq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...