“Turan” Sumqayıtda məğlubiyyətdən qaçdı - VİDEO

19:20 Araz-Naxçıvan 94
“Turan” Sumqayıtda məğlubiyyətdən qaçdı - VİDEO

Premyer Liqada XII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

"Araz-Naxçıvan"ın heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə fərqlənib. Qonaqlardan Ayxan Hüseynov 78-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti