Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan» üçün yenilik edib.
NFF-nın birinci şəxsi komandaya əlavə mükafat fondu ayırıb.
«Ağ-qırmızılar» yalnız qələbəyə görə yox, eyni zamanda, qazanacağı 1 xaldan ötrü də «ənam» alacaq.
Tanınmış iş adamı futbolçuları motivasiya etmək, qeyri-sabit nəticələrə son qoymaq məqsədilə bu addımı atıb.
Muxtar Respublika təmsilçisi Premyer Liqanın 11 turu ərzində 19 xal toplayıb. Aktivində 5 qələbə və 4 heç-heçə olan kollektiv turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ

