Araz-Naxçıvan”ın legioneri Felipe Santos Benin millisinə çağırılıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bu dəvətlə bağlı fikirlərini bölüşüb.
Santos Benin yığmasındakı debütünü səbirsizliklə gözlədiyini söyləyib:
“Bu millətin və bu xalqın bir parçası olmaq fürsətinə görə çox xoşbəxtəm. Onların tarixi və sevinc dolu ruhu böyük zənginlikdir.
İyunda Benində olanda gördüm ki, mənim mədəniyyətim və ailəmin mənə ötürdüyü dəyərlər bu ölkəyə nə qədər oxşardır.
Artıq özümü bu millətin üzvü kimi hiss edirəm və bilirəm ki, afroamerikan köklərimizə qayıdış mənim və ailəm üçün çox önəmli olacaq”.
Felipe Santosun Benin yığmasında debütünün noyabrın 18-də Burkina Faso ilə keçiriləcək yoldaşlıq oyununda reallaşması gözlənilir.

