"Araz-Naxçıvan"ın yarımmüdafiəçi Coşqun Diniyev Premyer Liqanın 11-ci turunda "Karvan-Yevlax"ı məğlub etdikləri matçı (2:1) haqda Sportinfo.az-a açıqlama verib.
O, deyib:
"Əslində belə ağır oyun olacağını gözləyirdim. Nəticələri qənaətbəxş olmasa da, "Karvan-Yevlax" yaxşı oyunu ilə seçilir.
Məqsədləri bu görüşdən 3 xalla ayrılaraq vəziyyətlərini düzəltmək idi. Çətin qarşılaşma oldu. İ
lk hissədə istədiklərimizi meydana daşıya bilmədik. Rəqibin dirənişi xüsusi qeyd olunmalıdır.
Yalnız ikinci yarıda geridönüş edə bildik. Vacib olan 3 xalı qazandığımız üçün xoşbəxtəm".
30 yaşlı futbolçu davamında bərabərlik qolundan sonra tez-tez baş verən dayanmalara toxunub:
"Futbolda normal haldır. Biz geridönüş etməyə çalışırdıq.
Bizdə də bəzən belə şeylər olub. Çətin rəqiblərlə oyunda vaxt aparmağa meylli olmuşuq.
Ona görə də anlayışla qarşılayıram. Ancaq hakim sağ olsun ki, rəqibin qazanmağa çalışdığı vaxtı qədərində bərpa etdi".
XANOĞLAN

