"Fasilə yerinə düşdü, daha yaxşı geri qayıda bilərik"

14 Noyabr 2025 17:00 Araz-Naxçıvan 906
"Fasilə yerinə düşdü, daha yaxşı geri qayıda bilərik"

Milli komandaların oyunları ilə bağlı liqalarda tənəffüs start götürdü.

Fasilə 2 həftəyə yaxın davam edəcək.

Müvəqqəti dayanmağa üzülənlər kimi, sevinənlər də az deyil.

Məsələn, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Coşqun Diniyev kimi.

30 yaşlı orta sahə oyunçusu bu barədə Sportinfo.az-a açıqlamasında etiraf edib:

"Son dönəmlər bir qədər qeyri-sabit çıxış edirdik. Məncə, fasilə bu baxımdan yerinə düşdü. Bizim üçün daha yaxşı olacaq.

Fiziki olaraq deyil, mental olaraq bəlkə də kollektivin istirahətə ehtiyacı var. Toparlanıb daha yaxşı geri dönə bilərik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti