Braziliya legionerdən həyəcan siqnalı: "Güclənməyə ehtiyac var"

22 Noyabr 2025 17:00 Araz-Naxçıvan 843
Braziliya legionerdən həyəcan siqnalı: "Güclənməyə ehtiyac var"

"Araz Naxçıvan"ın braziliyalı legioneri Felipe Santos Sportinfo.az-a açıqlama verib.

Uzun müddətdir ölkəmizdə top qovan legioner legioner limitinin ləğvindən sonra Premyer Liqanın son durumunu dəyərləndirib:

"Yarış daha rəqabətli gedir. Hər bir komandada yaxşı oyunçular var. Bu da çempionat üçün yaxşıdır. Bizim komandada da əla oyunçular var".

28 yaşlı legioner artan rəqabətlə ayaqlaşmaq üçün yeni transferlərin vacib olduğunu önə çıxarıb::

"Məncə, qış fasiləsində güclənməyə, yeni oyunçular gətirməyə ehtiyac var. Çünki biz daha yaxşı nəticə əldə etmək istəyirik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti