Baş məşqçiyə “torba” tikirlər - Onları öyrədənmi var?

9 Noyabr 22:55 Araz-Naxçıvan 466
Baş məşqçiyə “torba” tikirlər - Onları öyrədənmi var?

Bu qərarı vermək çətin deyil.

Çağırırsan, ərizəni alırsan və yola salırsan.

Yaxud da ki, öz xoşuyla getmirsə, təzminatını ödəyirsən və sağollaşırsan.

«Araz-Naxçıvan»da Elmar Baxşıyevə bağlı müəmma davam edir. Buradan klubun rəhbərliyinə bir təəklif vermək istəyirəm. Y

axşı olar ki, komanda daxilində araşdırma aparsınlar.

Təhqiqat getsin, sonra addım atarlar. İstəyərlər, Baxşıyevi baş məşqçi postunda saxlayarlar, istəməzlər, göndərərlər.

«Karvan»la dünənki qarşılaşmanı izlədim. Oyun bəndənizdə elə təsəvvür yaratdı ki, bəzi futbolçular Baxşıyevin «torba»sını tikir.

Sanki 3-4 nəfər əlbir olub, qəsdən zəif oynayır ki, o, iş yerindən ayrılsın.

«Araz» ardıcıl 10 dəfə «Karvan»la üz-üzə gəlsə, onunda da qələbə qazanar, özü də birayaqlı.

Baxşıyev ilboyu ehtiyatda əyləşdirdiyi futbolçulardan ibarət «11-liy»i meydana buraxsa belə, «Karvan»ın heç bir şansı olmaz.

«Araz» nə gündə oynadı, gördüz də. Təsadüf belə olmur. Hakimin qərarıyla 3 xal qazandılar.

Bəzi legionerlərin mücadilə istəyi o qədər aşağı idi, istər-istəməz şübhə yaranır - onları öyrədənmi var?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 20:00 Çək və bizə göndər!