Legioner limitinin ləğvindən sonra özünə klub tapa bilməyənlər xaricə üz tutdu.
Qırğızıstana gedən kim, Kosovo ayaq basan kimi.
Amma fərqi marşrutla hərək edənlər də yox deyildi.
Məsələn, Coşqun Diniyev kimi.
Son illər ən formada olan yerli oyunçularımızdan olan Coşqun Türkiyədən ayrılaraq "Araz-Naxçıvan"a pənah gətirdi. Əslində həmyerlimizin qardaş ölkədə karyerası uğurlu alındı deyə bilərik. Ölkəni tərk edəndən sonra yığmanın əsas heyət üzvünə çevrilmişdi.
Amma Türkiyə klublarında ənənə halına çevrilən maliyyə problemi Coşqunun da vətən qayıtmasından ciddi rol oynadı.
Arada yaranan boşluq Diniyevi son dönəmlər sabit çıxışı ilə seçildiyi milli komandadan da uzaq salmış oldu.
Artıq daşlar yerinə oturur kimi görünür. Coşqun qısa müddətdə "Araz-Naxçıvan"ın əsas heyət üzvünə çevrilməkdədir.
Bəs belədə yenidən milliyə qayıtmaq perspektivləri necə görünür? Ümumiyyətlə, oyunçu özünü milli üçün hazır sayırmı?
Təcrübəli oyunçu suallarımıza bu cür cavab verib:
"Heç vaxt yalan danışmamışam. Son iki toplanışda özümü hazır hiss etmirdim. Həmin arada çox oyunlar buraxdım.
Açığı, indiki halda dəvət gözləyirəm. Son 4 oyunun 3-də əsas heyətdə yer almışam. Dəvət gəlsə sevinərəm.
Milli komandanın formasını geyinmək şərəfdir".
XANOĞLAN

