"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın 11-ci turunda "Karvan-Yevlax"ı məğlub etdikləri ( 2:1) matç haqda Sportinfo.az-a müsahibə verib.
- Belə ağır oyun olacağını gözləyirdin?
- Bəli, gözləyirdim. Çünki rəqib son turlar hamıya ciddi başağrısı olmağı bacarırdı. Bu gün də eyni çətinliyi bizə yaşatdılar.
- Vacib qələbə gəldi, amma oyun ürəkaçan deyildi...
- Düşünürəm ki, bu gün yaxşı oyun göstərə bilmədik. Çünki biz öz keyfiyyətimizə bələdik. Milli fasilədə daha çox işləməliyik ki, belə hal bir də yaşanmasın.
- Son dönəmlər "Araz" qeyri-sabit çıxış edir. Nədir səbəb?
- Komandada vəziyyət yaxşı deyil. Fərdi səhvlərimiz olur. Daha çox çalışmalıyıq. Ancaq bu halda vəziyyəti dəyişə bilərik.
- Uzun aradan sonra yaxşı anlaşdığın Ramon Maçado geri qayıtdı. Bundan sonra daha əzəmətli hücum xəttini görə bilərik?
- Bəli. Biz onunla 3 ildi birgə oynayırıq. O məni tanıyır, mən də onun necə oynadığını bilirəm. Hamımız bir-birimizə kömək etməliyik. Maçado ilə birgə yaxşı çıxış edirik. Biz həm də eyni dildə danışırıq. Xoşbəxtəm ki, o qayıtdı.
XANOĞLAN İMANOV

