Məmmədov 2026-cı ilə qədər yaşıl meydanlardan uzaq qalacaq

08:50 Araz-Naxçıvan 157
Məmmədov 2026-cı ilə qədər yaşıl meydanlardan uzaq qalacaq

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov 2026-cı ilə qədər yaşıl meydanlardan uzaq qalacaq.

Sportinfo.az xəbər verir ki, Ukrayna ilə oyuna hazırlıq zamanı zədələnən və budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu ilə əməliyyat olunan

35 yaşlı futbolçu uzun fasilədən (3 ay) sonra məşqlərə başlaya biləcək. Bu da o deməkdir ki, qışa qədər Rahil artıq komandaya kömək etməyəcək.

Rahil Məmmədov yay fasiləsində “Radomyak”dan (Polşa) “Araz-Naxçıvan”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi