Braziliyalı mərkəzi oyun üçün “resept yazdı”: “Bunları bacarsaq...”

15:00 Araz-Naxçıvan 193
Braziliyalı mərkəzi oyun üçün “resept yazdı”: “Bunları bacarsaq...”

Turun mərkəzi qarşılaşmasına “Bank Respublika Arena”da şahidlik edəcəyik.

Ötən mövsümü üçüncü pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanan “Araz-Naxçıvan” nominal meydan sahibi qismində Azərbaycan kuibokunun son sahibi “Sabah”ı qəbul edəcək.

Komandaların eyni iddiada olması və hər ikisinin heyətində aparıcı futbolçuların zədə və cəzadan əziyyət çəkməsi görüşün daha ağır keçəcəyindən xəbər verir.

Son 2 ildəki 8 matçdan cəmi 1-də “tələbələr”i üstələməyi bacaran Naxçıvan təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək istəyir.

Sportinfo.az-a açıqlama verən braziliyalı müdafiəçi Bruno Franko “Araz-Naxçıvan”ın hədəfindən söz açıb:

“İtkilərimiz var. Felipe Santos cəzalı, iki mərkəz müdafiəçimiz -Rahil Məmmədovla Bəxtiyar Həsənalızadə zədəlidir. Bizim üçün çətin olacaq.

Lakin hıər bir vəziyyətdən çıxış yolu tapmalıyıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanmaqla yuxarı pillələrdəki yerimizi qoruyaq.

Bunun üçün baş məşqçinin dediklərini yerinə yetirməli, əvvəldən sona qədər mübarizə aparmalı və minimum sayda səhv etməliyik. Bunları bacarsaq, hədəfə çata bilərik”.

Bu gün baş tutacaq görüşün start fiti 16:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti