“Neftçi” ilə matçda problem yaşayanlar - Ayağında şiş əmələ gəldi

22 Oktyabr 2025 04:00 Araz-Naxçıvan 847
“Neftçi” ilə matçda problem yaşayanlar - Ayağında şiş əmələ gəldi

Premyer Liqanın VIII turunda, "Neftçi" ilə matçda (2:2) zədələnən "Araz-Naxçıvan"ın futbolçuları Bəxtiyar Həsənalızadə və Slavik Alxasovun son durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

MRT yoxlanışından sonra B.Həsənalızadənin zədəsinin ciddi olmadığı aydınlaşıb. S.Alxasovun isə ayağında şiş əmələ gəldiyi bildirilib.

Müdafiəçinin növbəti oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının IX turunda "Sabah"la üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti