
“Çətin oyun oldu. Matça elə də yaxşı başlamadıq.
Bunun da nəticəsində hesabda geri düşdük, lakin sonradan toparlanmağı bacardıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyun (2:2) barədə danışarkən deyib.
O, “ağ-qaralar”la görüşdə komandasının qələbəyə layiq olduğunu bildirib:
“Bu matça çox yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik.
İkinci hissənin əvvəlində hesabda önə də keçdik. Məncə, “Neftçi”nin ikinci qolunda ofsayd var idi.
Bununla belə, ümumilikdə komanda şəklində çox yaxşı mübarizə apardıq”.
Braziliyalı futbolçu matç ərzində aqressiv olması fikri ilə razılaşmayıb:
“Aqressiv deyildim. Sadəcə komandama fayda vermək, qələbədə pay sahibi olmaq istəyirdim.
Bizim üçün hər oyun finala bərabərdir. Həm də rəqibin kimliyini də unutmaq olmaz. “Neftçi” böyük klubdur”.