Azərbaycan klubu geri qayıtmayan legionerinə bu təklifi etdi - Gəl, pulu al, çıx get!

19:25 Araz-Naxçıvan 897
Azərbaycan klubu geri qayıtmayan legionerinə bu təklifi etdi - Gəl, pulu al, çıx get!

“Araz-Naxçıvan” bu ilin əvvəlində heyətinə qatdığı Əyyub Allaşdan qurtulmaq niyyətindədir.

Ötən mövsümün 28-ci turunda, martın 29-da “Neftçi”ylə oyunda sıradan çıxan və əməliyyat olunan 27 yaşlı yarımmüdafiəçinin bərpa prosesi uzanmaqdadır.

Mərakeş kökənli legionerin oktyabrın əvvəlində sıraya dönməsi gözlənilsə də, bu gedişlə onu hələ bir müddət gözləmək lazım gələcək.

Halbuki əməliyyatdan sonra 4-5 ay yaşıl meydanlardan yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi ki, həkimlərin rəyinə görə avqustda, ən pis halda sentyabrda “Araz-Naxçıvan”ın məşqlərinə qoşulmalıydı.

Di gəl, ərəb futbolçu hələ də Bakıya qayıtmayıb. Əyyub əməliyyatdan sonra yaşadığı Belçikaya yollanıb və o vaxtdan bu yana Azərbaycana dönməyib.

Klub rəhbərliyi 1,5 illik müqavilə bağladığı Allaşa müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı təklif edib. Premyer Liqanın bürünc medalçısı bunun üçün ona 3-4 aylıq maaş miqdarında təzminat ödəməyə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti