“Neftçi”ni udmaq olar, nəticələri ürəkaçan deyil”

18 Oktyabr 2025 21:20 Araz-Naxçıvan 1 608
“Neftçi”ni udmaq olar, nəticələri ürəkaçan deyil”

“Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Lakin nəticələri ürəkaçan deyil”.

Bu sözlərio Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Coşqun Diniyev deyib.

Bazar günü azarkeşlərin gözü məhz bu matçda olacaq. “Ağ-qaralar” ötən mövsüm bir dəfə də olsun məğlub edə bilmədiyi rəqibini öz meydanında qəbul edəcək.

30 yaşlı futbolçu “ağ-qaralar”ın qələbə istəyini vurğulamaqla yanaşı, öz komandasının iddiasından söz açıb:

“Yüksəlişə başlamaq üçün çalışırlar. Biz də eyni zamanda uğurlu seriyanı davam etdirmək istəyirik. “3-lük”dəki yerimizi qorumaq həvəsindəyik.

Qış fasiləsinə qədər toplanan xalların böyük önəmi var. Bunun ötən çempionatda görmüşdük.

Ona görə də məqsədimiz “Neftçi”ni məğlub edərək növbəti 3 xalı əldə etməkdir. Premyer Liqada istənilən komanda digərini məğlub etmək imkanına malikdir.

Geridə qalan 7 turda bunu dəfələrlə görmüşük. Ona görə də “Neftçi”ni udmağın mümkünsüz olduğunu düşünmürəm”.

Oktyabrın 19-da “Palms Sports Arena”da gerçəkləşəcək duel saat 18:30-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti